Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya səfəri çərçivəsində Kiyev elektrik yarımstansiyasında olub.
Ucnoqta.az xəbər verir ki, Qrossi X-də yazıb. O qeyd edib ki, yarımstansiya atom elektrik stansiyalarını elektrik enerjisi ilə təmin etmək üçün zəruri olan enerji sisteminin mühüm hissəsidir.
AEBA rəhbəri nüvə təhlükəsizliyi üzrə yüksək səviyyəli danışıqlar üçün Kiyevdədir.
Bu səfər onun 2022-ci ildə münaqişənin kəskinləşməsindən sonra Ukraynaya 11-ci səfəridir.