4,2 bal gücündə zəlzələ olub

08:40 - 4 Fevral 2025 - DÜNYA

Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Seysmik hadisə fevralın 4-də yerli vaxtla saat 6:06-da qeydə alınıb. Yeraltı təkanların gücü 4,2 bal təşkil edib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib.

Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.

Xəbər xətti