USAİD Ermənistanda humanitar proqramları dayandırmayıb

14:45 - 4 Fevral 2025 - DÜNYA

USAID-in Ermənistanda humanitar yardım proqramları hazırda dayandırılmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə USAID-in Ermənistandakı missiyası News.am portalının sorğusuna cavab olaraq məlumat verib.

"Dövlət Katibi həyati xilas edən əsas humanitar yardımın göstərilməsini təsdiqləyib. Artıq həyata keçirilən həyat xilasedici humanitar yardım proqramları davam etdirilməli və ya bərpa edilməlidir", - USAİD-in cavabında deyilir.

USAID-in İrəvandakı missiyası da qeyd edib ki, onlar qrant sorğularına baxmağa davam edirlər.

Xəbər xətti