G7 Kiyevə 50 milyard dollar kredit ayırmağı planlaşdırır

13:56 - 17 Oktyabr 2024 - DÜNYA

Böyük yeddilik ölkələri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin verilməsinin texniki detalları üzərində işləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqton administrasiyasının yüksək səviyyəli nümayəndəsi məlumat verib.

“Biz bütün G7 tərəfdaşlarımızla bu 50 milyard dollarlıq krediti necə təmin etmək barədə danışıqları davam etdiririk. Əminəm ki, biz uğur qazanacağıq. Zəmanətlər və koordinasiya baxımından bir çox texniki aspektlər var və bu söhbətlər 35 milyard avroya qədər, yəni təxminən 39 milyard dollara qədər töhfə verməyi öhdəsinə götürmüş Avropa İttifaqı çərçivəsində də gedir və ABŞ da öz payından vermək öhdəliyi götürüb. Texniki müzakirələr davam edir, lakin düşünürəm ki, liderlər ilin sonuna qədər siyasi iradə baxımından bu məsələni həll edə biləcəklər. Bunu mümkün qədər tez həyata keçirməyimiz çox vacibdir”.
 - Amerika rəsmisi ABŞ prezidenti Co Baydenin Almaniyaya planlaşdırılan səfəri ilə bağlı xüsusi brifinqdə qeyd edib.

Xəbər xətti