Yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb

13:52 - 17 Oktyabr 2024 - DÜNYA

Xəbər verdiyimiz kimi, Nigeriyanın şimalındakı Ciqava ştatında yanacaq daşıyan maşın qəzaya düşüb və partlayıb. Yanacaq almaq üçün yolun kənarına toplaşan insanlar ölüb.

Ucnoqta.az Daily Post-a istinadən xəbər verir ki, yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb.

Bildirilir ki, daha 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəbər xətti