Britaniyanın xarici işlər naziri Çinə səfər edəcək

11:55 - 17 Oktyabr 2024 - DÜNYA

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi oktyabrın 18-19-da Çinə rəsmi səfərə gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O, bildirib ki, Çin xarici işlər naziri Vanq Yinin dəvəti ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi oktyabrın 18-19-da Çinə rəsmi səfər edəcək.

Mao Ninq ÇXR-in tərəfdaşlıq statusunu, qarşılıqlı faydanı qorumaq, ikitərəfli münasibətlərin sabitliyini və uzunmüddətli inkişafına kömək etmək üçün Böyük Britaniya ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Xəbər xətti