Hindistandə saxta spirtli içkilərdən azı 24 nəfər ölüb

10:38 - 17 Oktyabr 2024 - DÜNYA

Hindistanda Şərqi Bihar ştatının ən azı 24 sakini saxta spirtli içki qəbul edərək zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, ANI xəbər agentliyinin polisə istinadən verdiyi məlumata görə, hadisə cümə axşamı eyni vaxtda Sivan və Çapra rayonlarında baş verib. Bildirilir ki, saxta içki səbəbindən zəhərlənmə qurbanlarının sayı arta bilər.

İstintaq zamanı polis saxta spirtli içki satan 3 nəfəri saxlayıb.

Xəbər xətti