“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

21:53 - 23 İyul 2024 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Cəbəllütariqdə “Linkoln”un qonağı olub. Matç ağdamlılar 0:2 qələbəsi ilə yekunlaşıb.

Qolları "Qarabağ"dan Juninyo və Toral Bayramov vurub.

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 0:2 

Qol: Juninyo, 45+2, Toral Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa point stadium”

Xəbər xətti