İsrail Livandakı "Hizbullah" hərbi obyektlərinə zərbə endirib

10:04 - 1 İyul 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanın cənubundakı “Hizbullah” terror təşkilatının hədəflərinə, o cümlədən Kfarqela bölgəsindəki hərbi binalara və Livanın cənubundakı Hula, Əl-Biyadi və Rab əl-Talatin bölgələrində terrorçuların hədəflərinə zərbələr endirib.

Xəbər xətti