300 tələbə Naxçıvandan Bakıya dönə bilmir: Aeroportda və parklarda gecələyirlər

17:23 - 2 İyul 2024 - ÖLKƏ İÇİ

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır. 

Ucnoqta.az Yenisabah.az-a istinadən xəbər verir ki, hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.

Tələbələrdən birnin saytımıza verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir. 

Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər.

Xəbər xətti