Ukraynanın itkiləri açıqlanıb: 626 təyyarə, 277 helikopter, ...

15:16 - 4 İyul 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə bölmələri 37 Ukrayna pilotsuz təyyarəsini, bir Hammer aviabombasını və 14 HIMARS MLRS mərmisini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 Bildirilir ki, hava hücumundan müdafiə sistemləri 37 pilotsuz uçuş aparatını, Fransa istehsalı “Hammer” idarə olunan bombasını, ABŞ istehsalı olan HARM anti-radar raketini və ABŞ istehsalı olan 14 HIMARS raketini vurub.

Qeyd olunur ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 626 təyyarə, 277 helikopter, 27 197 pilotsuz uçuş aparatı, 537 zenit-raket kompleksi, 16 499 tank və digər zirehli döyüş texnikası, 1364 çoxsaylı döyüş maşını, raket sistemləri, 11.326 çöl silahı, artilleriya və minaatan, 23.318 ədəd xüsusi hərbi maşın.məhv edilib.

Xəbər xətti