Merih Demiralın cəzası məlum oldu

15:10 - 5 İyul 2024 - İDMAN

Türkiyə millisinin qollarını vuran Merih Demiralın hərəkətinə görə UEFA-nın araşdırma başlatdığı milli futbolçunun cəzası müəyyənləşib.

Ucnoqta.az  xəbər verir ki, bu barədə Avropa futbol qurumu məlumat yayıb.

Bildirilib ki, türkiyəli futbolçu ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi, əsas nəzakət qaydalarını pozduğu üçün 2 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun bu hərəkətinə görə araşdırmaya başlamışdı.

Xəbər xətti