Livanda Hizbullah komandirlərindən biri öldürülüb

14:10 - 8 İyul 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı "Hizbullah" silahlı qüvvələrinin üzvlərindən birinin mindiyi motosikleti vurub.

Ucnoqta.az xəbər evrir ki, Livan 24 xəbər portalının verdiyi məlumata görə, hücum nəticəsində Tire rayonundakı Kleyla sərhəd bölgəsinə gedən səhra komandiri Mustafa Həsən Salman həlak olub. Onu müşayiət edən əsgər yaralanıb.

"Hizbullah" teleqram kanalında Salmanın ölümünü təsdiqləyib.

Xəbər xətti