İsrailin İranın neft infrastrukturuna hücum etmək istəyi qara qızılın qiymətində kəskin sıçrayışa səbəb olacaq.
Ucnoqta.az xəbər verir ki, Amerikanın CNBC telekanalının analitikləri əmindirlər ki, Yaxın Şərq münaqişəsinin daha da gərginləşəcəyi təqdirdə qara qızılın bir barreli 200 dollara başa gələcək.
Amerikalı maliyyə ekspertləri hesab edirlər ki, neft bazarları hələ də xam neftin əsas hissəsinin hasil olunduğu Yaxın Şərqdə vəziyyətin pisləşməsinin mümkün nəticələrini lazımi səviyyədə qiymətləndirmir.
CNBS vurğulayır ki, İsrail Hərbi Hava Qüvvələrinin İranın istehsal infrastrukturuna uğurlu zərbə endirməsi halında, dünya neft tədarükünün ən azı 4%-i risk altında olacaq.
Münaqişənin daha da gözlənilməz eskalasiyası bazarda vəziyyəti daha da pisləşdirəcək.
İranın neft obyektləri istismardan çıxarılsa və ixrac 2 milyon barel azalsa, bazarın növbəti sualı Hörmüz boğazında nələrin baş verəcəyi olacaq.
Təbii ki, bu, neftin qiymətinə ciddi risk mükafatı əlavə edəcək. Bu halda qiymətlər asanlıqla 200 dollara və ya daha çox qalxacaq.
Telekanal əlavə edir ki, hələlik oyunçular regionda baş verənlərə şübhə ilə yanaşır və döyüşlərə ləng reaksiya verirlər.
Ancaq vəziyyət hər an dəyişə bilər. Əgər İranın neft infrastrukturuna dəyən ziyan aşkar olarsa, o zaman qiymətlər saxlanılmayacaq.
Müharibənin genişlənməsi və onun vurduğu ziyan neft bazarının iştirakçıları hökm sürən skeptisizmdən əl çəkməzdən əvvəl sübuta yetirilməlidir - telekanal eksperti vurğulayıb.
Qeyd edək ki, regionda qarşıdurma təkcə İranın neft hasilatı obyektlərinə hücumla məhdudlaşmaya bilər.
Tehran artıq rəsmi olaraq xəbərdarlıq edib ki, İsrail oktyabrın 1-də raket hücumuna cavab verərsə, SEPAH İsrailin neft emalı obyektlərinə kütləvi hücuma keçəcək.
Eyni zamanda, İDF İrana hücum etmək niyyətindən əl çəkməyib. Bir sıra mənbələr İsrail raketlərinin bu gecədən şərqə uça biləcəyini bildirir.