"Fransızların formasında xoruz var, niyə ..." - Ərdoğan

15:56 - 5 İyul 2024 - Xəbər

Prezident Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvə Toplantısından qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ucnoqta.az xəbər verir ki, Prezident Ərdoğana Türkiyə-Avstriya matçında Merih Dəmiralın qoyduğu “Boz Qurd” işarəsinə görə istintaqla bağlı da sual verilib. Ərdoğan, "Almanların maykasında qartal var deyən varmı? Kimsə deyir ki, fransızların formasında xoruz var, niyə xoruz geyinirsən?"
Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. “Bununla bağlı Xarici İşlər Nazirliyimiz onların rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır”.

Xəbər xətti