Qəzzada həlak olanların sayı 38 mini ötüb

15:34 - 8 İyul 2024 - DÜNYA

İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində təxminən 38,2 min insan həlak olub

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Qəzza Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, İsrailin Qəzzada təcavüzü qurbanlarının sayı indi 38 193 nəfərə çatıb, daha 87 903 nəfər yaralanıb. Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 40 fələstinli həlak olub, 75 nəfər yaralanıb.

Xəbər xətti