Rusiyada əkin sahəsinə enən helikopter yanğına səbəb oldu

13:09 - 5 İyul 2024 - DÜNYA

Rusiyanın Rostov vilayətində hərbi helikopter təcili olaraq əkin sahəsinə enərək yanğına səbəb olub.

Ucnoqta.az Vaza teleqram kanalına istinadən xəbər verir ki, yanğın iyulun 5-nə keçən gecə Azov vilayətində baş verib. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin kütləvi hücumu zamanı Mİ-28 helikopterinin pilotu pilotsuz təyyarələrin vurulmaması üçün sahəyə təcili eniş edib.

Lakin mühərrikin temperaturu yüksək olduğundan helikopterin altındakı ot örtüyü yanıb. Yanğın qısa müddətdə təxminən 500 kvadratmetr ərazini əhatə edib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı qısa zamanda alınıb. İlkin məlumatlara görə, helikopterə ziyan dəyməyib.

Xəbər xətti