Qırğızıstanda mitinqlərin keçirilməsinə qoyulan qadağanın müddəti uzadılıb

17:18 - 2 İyul 2024 - DÜNYA

Qırğızıstanın paytaxtı Pervomayski Rayon Məhkəməsi Bişkekin mərkəzində mitinqlərin keçirilməsinə qoyulmuş qadağanı sentyabrın 30-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Respublika Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, mitinqlərin keçirilməsinə qadağa məhkəmə tərəfindən 30 sentyabr 2024-cü il daxil olmaqla uzadılıb.

Prezident Administrasiyasının, Ali Məhkəmənin, Rusiya səfirliyinin, Milli Təhlükəsizlik Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin binalarının yaxınlığında da kütləvi aksiyaların keçirilməsi qadağandır.

Məhkəmənin qərarına əsasən, istisna Qırğızıstan paytaxtının mərkəzi meydanı - Ala-Tooda keçirilən “dövlət və bələdiyyə rəsmi tədbirləri”dir.

Xəbər xətti