Manaf Ağayev Afət Fərmanqızına ev bağışlayıb

19:16 - 2 İyul 2024 - MAQAZİN

Müğənni Manaf Ağayev həmkarı və dostu Afət Fərmanqızına ev bağışlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Afət Fərmanqızı özü qonaq olduğu şou-proqramlardan birində danışıb.

"Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu iki qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır", - deyib.

Onun bu sözlərinə Manaf Ağayev "Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duran insanın əsl insan olmasıdır" şəklində cavab verib.

Xəbər xətti