UEFA Almaniya Futbol Federasiyasını cərimələdi

17:10 - 2 İyul 2024 - İDMAN

UEFA Almaniya Futbol Federasiyasını (DFB) AVRO-2024 matçlarında Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydançaya axışan azarkeşlərin qarşısını almadığına görə cərimələyib.

Ucnoqta.az xəbər verir ki, Portuqaliya millisinin iştirakı ilə keçirilən matçlarda azarkeşlər Ronaldo ilə selfi çəkmək üçün meydançaya qaçdıqdan sonra turnirin ev sahiblərinə qarşı ümumi dəyəri 20 min avro olan iki intizam qərarı verilib.

Almaniyaya qarşı ittihamlar Portuqaliyanın çexlər və türklərlə oyunlarında “asayişin və təhlükəsizliyin” kifayət qədər təmin olunmaması və “oyun meydanının qorunması” ilə bağlı olub.

Belə epizodların birində Türkiyə ilə matçda Portuqaliya lideri 10 yaşlı uşaq üçün poza verməyə razılaşsa da, ümumilikdə forvard təkrar qayda pozuntularına görə əsəbləşib. Belə ki, Portuqaliya-Gürcüstan oyununun sonunda futbolçu tribunanın altındakı otağa girərkən azarkeş tribunadan onun üzərinə atıldıqdan sonra Ronaldo az qala ciddi zədə alacaqdı.

Xəbər xətti