Qəzzada 38 min fələstinli həlak olub

15:23 - 2 İyul 2024 - DÜNYA

İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlamasından bu yana Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində təxminən 38 min insan həlak olub

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb. Bildirilir ki, 87,1 mindən çox insan yaralanıb.

Bildirilir ki, həlak olanların sayı 37 925 nəfərə çatıb, daha 87 141 nəfər yaralanıb. Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 25 fələstinlinin həlak olduğunu, 81 fələstinlinin isə yaralandığı vurğulanıb.

Xəbər xətti