Tərbiyəçi müəllimlər də sertifikatlaşdırmada iştirak edəcəklər - Eşqi Bağırov

13:13 - 2 İyul 2024 - Xəbər

Bu günədək məktəbəqədər təhsil müəssisələrində çalışan 350-ə yaxın tərbiyəçi müəllim mərkəzləşdirilmiş qaydada imtahanla işə qəbul olunub.

Ucnoqta.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov APA-ya açıqlaması zamanı deyib.

"Eyni zamanda bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər", - o əlavə edib.

Xəbər xətti