Ukraynaya məxsus 44 PUA vurulub

14:18 - 27 May 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Fransa istehsalı olan altı idarə olunan “Hammer” bombasını və Ukraynanın 44 pilotsuz uçuş aparatını vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində hava hücumundan müdafiə sistemləri Fransa istehsalı olan 6 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan 14 “HIMARS” və “Alder” raketini, həmçinin 44 pilotsuz uçuş aparatını vurub”, - deyə məlumatda bildirilir.

Xəbər xətti