OPEC+ nazirlərinin görüşü iyunun 2-də videokonfrans vasitəsilə keçiriləcək

12:19 - 24 May 2024 - İQTİSADİYYAT

İyunun 2-də OPEC+ sazişində iştirak edən ölkələrin nazirlərinin görüşü videokonfrans formatında keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə OPEC məlumat verib.

Məlumata görə, iyunun 2-də də nazirlərin monitorinq komitəsinin iclası keçiriləcək. OPEC ölkələrinin hər altı aydan bir keçirilən konfransının da həmin gün keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hər iki görüş əvvəlcə iyunun 1-nə təyin edilmişdi.

Xəbər xətti