Rusiyada xokkeyçiləri daşıyan avtobus aşıb

00:38 - 18 Aprel 2024 - HADİSƏ

Ulyanovsk vilayətində rusiyalı gənc xokkeyçilərin olduğu avtobus aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qəza Surskoye kəndi ərazisində baş verib. Kazandan Penzaya gedən avtobus çuxura aşıb.

Ümumilikdə salonda 29 nəfər olub, onlardan 16-sı uşaq xokkey komandasının oyunçuları olub. Qəza nəticəsində üçü uşaq olmaqla beş nəfər xəsarət alıb.

Xəbər xətti