Yeni icra başçısı Ovni Muradov kimdir? - DOSYE

12:29 - 29 Aprel 2024 - Xəbər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Ovni Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə Rasim Hüseynovu əvəz edib.

Ucnoqta.az xəbər verir ki, Ovni Muradov Naxçıvanın elm və təhsil nazirinin müavini vəzifəsində çalışırdı.

O, daha əvvəl nazirin səlahiyyətlərini də icra edib.

O.Muradov nazir müavini vəzifəsinə təyin olunandək Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.

O, daha əvvəl Babək rayonun Nehrəm kənd 2 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.///modern.az

Xəbər xətti