Gəncədə zavod ərazisində yanğın olub

17:20 - 17 Aprel 2024 - HADİSƏ

Gəncədə yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə “Azəralüminium” zavodunun ərazisindəki sexlərdən birində qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yanğın barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncə şəhərində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti