Son sutkada Ukraynaya məxsus 191 PUA vurulub

15:51 - 17 Aprel 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 191 pilotsuz təyyarəsini və ABŞ istehsalı olan 6 MGM-140 ATACMS operativ-taktiki raketini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bir gündə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 191 pilotsuz uçuş aparatını, ABŞ istehsalı olan 6 MGM-140 ATACMS əməliyyat-taktiki raketini və Fransa istehsalı olan “Hammer” idarəolunan bombanı vurub.

Xəbər xətti