Bakıda itkin düşən 14 yaşlı qız tapılıb
Ucnoqta.az xəbər verir ki, martın 25-də itkin düşən Xanəliyev Məryəm Mehman qızının axtarışları üçün "Səni axtarıram" verilişinə müraciət olunmuşdu.
Əmisinin verdiyi məlumata görə, Müşfiq qəsəbəsində anası və iki bacısı ilə qalırmış. Martın 25-də günorta evdən çıxıb, bir daha geri qayıtmayıb.
Axtarışlar nəticə verib. 14 yaşlı Məryəm tapılıb.
Ətraflı süjetdə: