"PSJ", yoxsa "Dortmund"? - UEFA Çempionlar Liqası yarımfinal

10:52 - 7 May 2024 - İDMAN

UEFA Çempionlar Liqasında yarımfinalın cavab görüşləri başlayır.

Ucnoqta.az xəbər verir ki, öz meydanında 1:0 hesabı ilə qalib gələn Dortmund "Borussiya"sı bu gün səfərdə Paris Saint German (PSJ) ilə qarşılaşacaq. Qarşılaşma saat 23.00-da start götürəcək.

Ev sahibi Fransa təmsilçisi son 1/16-də “Real Sosyedad”ı, 1/4 finalda isə “Barselona”nı mübarizədən kənarlaşdırıb. Luis Enrikenin yetirmələri cari mövsümə qədər Çempionlar Liqası matçlarında 19 qol vurmağı bacarıb. PSJ 2020-ci ildən sonra yenidən finala adlamaq istəyir.

"Borussiya Dortmund" 1:0 hesablı üstünlüklə "Park de Prince"ə yollanacaq. Almaniya komandası son /116 turda PSV Eyndhovenə, 1/4 finalda isə "Atletiko Madrid"ə qalib gəlib. Edin Terziçin yetirmələri bu mövsüm Çempionlar Liqasında cəmi 9 qol buraxıb.

Bu iki komanda qrup mərhələsində də üz-üzə gəlib. Fransada keçirilən görüşdə Paris komandası 2:0 hesabı ilə qalib gəldiyi halda, Almaniyada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti