Bu gün Putinin andiçmə mərasimi keçiriləcək

11:30 - 7 May 2024 - DÜNYA

Mayın 7-də Rusiya Federasiyasının seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi ilə bağlı təntənəli mərasim keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Rusiyanın müasir tarixində Rusiya Federasiyası Prezidentinin yeddi andiçmə mərasimi (vəzifəsinin başına keçməsi) baş tutub: 1991, 1996, 2000, 2004, 2008, 2012 və 2018-ci illərdə. 1991-2003-cü illərdə bu hadisələr prezident seçkilərinin nəticələrinin rəsmi elan edilməsindən sonra 30-cu gündə baş verdi. 2003-cü ildən etibarən qanunda seçilmiş prezidentin hazırkı dövlət başçısının dörd illik (2012-ci ildən - altı illik) səlahiyyət müddəti başa çatan gün vəzifəyə başlaması qaydası təsbit edilib.

Xəbər xətti