İsrail ordusunun iki əsgəri həlak olub

09:00 - 7 May 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha iki əsgərin öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

Bununla da, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan əsgərlərin sayı 268-ə çatıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən həlak olan İsrail əsgərlərinin ümumi sayı artıq 614-ə çatıb.

Xəbər xətti