Ermənistan Azərbaycanla sərhəddə yaşayan sakinlərə müraciət etdi

11:42 - 7 May 2024 - Xəbər

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə Tavuş rayonunun Kirants yaxınlığında minatəmizləmə işlərinin aparıldığını bildirib

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün saat 12.00-da Tavuş rayonunun Kirants kəndindən 1800 metr şimalda minatəmizləmə işləri aparılacaq.

Sakinlərdən diqqətli olmaları və təşvişə düşməmələri xahiş edilir.

Xəbər xətti