Hərbçilərimiz Türkiyəyə beynəlxalq təlimlərdə

16:55 - 7 May 2024 - Xəbər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən "EFES - 2024" çoxmillətli təlimi davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

"EFES - 2024" çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Xəbər xətti