Növbəti MDB Beynəlxalq İqtisadi Forumunun 2024-cü il martın 29-da keçirilməsi planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"İqtisadi Şuranın növbəti iclasının 2024-cü il martın 29-da keçirilməsi planlaşdırılır. Həmin gün MDB-nin yaz Beynəlxalq İqtisadi Forumunun keçirilməsi planlaşdırılır", - məlumatda deyilir.
Bundan əvvəlki MDB-nin XV Beynəlxalq İqtisadi Forumu 2023-cü il martın 17-də Moskvada keçirilib. Forumda Birlik ölkələrinin hökumət başçıları, nazirlər, biznes nümayəndələri iştirak edirlər. Forumun əsas məqsədləri iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini və mexanizmlərini müzakirə etməkdir.