Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 47 nəfər ölüb, 85 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan əvvəl Sinxua agentliyi 20 nəfərin öldüyü, 70 nəfərin yaralandığı barədə məlumat vermişdi.
Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.
Qeyd edək ki, şənbə günü Tanzaniyanın şimalına yağan leysan yağışlar çoxlu sürüşmələrə səbəb olub və bu ərazidəki evləri və infrastrukturu dağıdıb.