İtaliyanın sabiq prezidenti, 2006-2015-ci illərdə dövlət başçısı vəzifəsində çalışmış Corcio Napolitano 98 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Müqavimət hərəkatının üzvü və İtaliya Kommunist Partiyasının keçmiş lideri olan siyasətçinin səhhəti son vaxtlar pisləşib. Son aylarda o, Roma klinikasında idi.
2013-cü ildə Napolitano İtaliya Respublikasının tarixində yenidən seçilən ilk prezident olub. 2015-ci ildə yaşına görə erkən təqaüdə çıxıb. Həmin vaxt onun 89 yaşı var idi.