Liviyada daşqınların vurduğu ziyan açıqlanıb

16:56 - 18 Sentyabr 2023 - DÜNYA

Dağıdıcı daşqınlardan sonra Liviyada 250 min nəfərin 71,4 milyon dollar dəyərində təcili maliyyə yardımına ehtiyacı var.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNBC BMT analitiklərinin ilkin qiymətləndirməsinə istinadən məlumat yayıb. Bildirilir ki, ümumilikdə Afrika ölkəsinin 884 min vətəndaşına dəstək göstərilməlidir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının işçiləri hazırda zərərin yekun dəyərini müəyyən etmək üçün yerdəki missiyadan məlumat toplayır. Mütəxəssislər bu səbəbdən təbii fəlakətin iqtisadi zərərinin gələcəkdə yuxarıya doğru tənzimlənə biləcəyini deyirlər.

Xəbər xətti