58 saat sonra 4 aylq körpə xilas edildi - Video

18:00 - 8 Fevral 2023 - Cəmiyyət

Hatayda dağıntılar altında qalan 4 aylıq körpə 58 saatdan sonra xilas edilib.

Ucnoqta.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağılan binalarda axtarış-xilasetmə işləri davam edir.
Hatayda dağılmış binanın dağıntıları altında işlərini davam etdirən Araşdırmaya Yardım və Axtarış və Xilasetmə Dərnəyinin (ANDA) qrupları, dağıntılardan ağlama səsi eşidib.

Səsin gəldiyi nöqtəyə diqqət çəkən axtarış-xilasetmə qrupları 4 aylıq körpə Ayşəni 58 saat sonra xilas edib.

Qolunda qan axdığı görünən körpə Ayşə xəstəxanaya aparıblar. Ailəsinin axtarışları davam edir.

 

Xəbər xətti