Yerə asteroid yaxınlaşır

20:19 - 26 Yanvar 2023 - DİGƏR

Yanvarın 27-si gecə Yer kürəsinin yanından "2023 BU" asteroidi keçəcək və onun planetimizə maksimal məsafəsi 3600 km olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Təxminən mikroavtobus ölçüsündə olan "2023 BU" kimi tanınan kosmik daş Cənubi Amerikanın cənub kənarı üzərində uçacaq.

Onun Yerlə maksimal məsafəsi cəmi 3600 km olacaq.

Astronomlar əmindirlər ki, "2023 BU" bizdən 36.000 km yüksəklikdə yerləşən dünyanın telekommunikasiya peyklərinin tutduğu orbitə daxil olsa belə, 2023 BU planetimizlə toqquşmayacaq.

Onun peyklərdən birinə çırpılma ehtimalı “çox kiçikdir”.

Qeyd edilir ki, 2023 BU Yerlə birbaşa toqquşma kursunda olsa belə, onun ona əhəmiyyətli zərər vurması çətin olardı. Təxmini ölçüsü 3,5 ilə 8,5 m arasında olan daş, çox güman ki, atmosferdə yüksək dərəcədə parçalanacaqdı. Baxmayaraq ki, bu, atəş topu şəklində təəccüblü bir şəkil yarada bilər.

Emin


Xəbər xətti