Rusiya prezidenti Vladimir Putinin oktaybrın 7-də ad günüdür.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov dövlət başçısı ad gününü iş yerində keçirəcək.
"Putin ad gününü iş yerində keçirəcək, iş tədbirləri planlaşdırılır", - Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin 70 yaşı tamam olur.