"Rəhim xəstəliyini anasından da gizlətmişdi" - Kübra Əliyeva

"Bizim danışmağımız artıq gecdir. Demək istəyirəm ki, mən iki ay əvvəl onu gördüm, amma ayaqları belə deyildi. İdman ayaqqabısı geyinmişdi, onun geyim tərzi idi. Halından şikayət etmədi. İndi başa düşürəm ki, o, xəstəliyindən heç kimə danışmayıb".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Bizimləsən" verilişində dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli haqda deyib.

K.Əliyeva mərhumun xəstəliyini anasından gizlətdiyini açıqlayıb:

"Onu qoruya bilmədik, çünki o, dərdini heç kimə söyləməyib. Xəstəliyi bilinsəydi, dövlət tərəfindən də nəzarətə götürülərdi. Rəhim xəstəliyini anasından da gizlədib. Gizli-gizli dərmanlar qəbul edib. Hansı dərmanları qəbul edirsən? Bəlkə heç o preparatlar sənə olmaz? Bir iki nəfərlə məsləhətləşmək lazım idi. Kaş ki, Rəhim səhhətində yaranan problemlərdən xəbər verərdi".

Tarix
1 Oktyabr 2022 [16:16]
Müəllif
Üç nöqtə
2022-10-01 16:16:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin