İlham Əliyev Qaribaşviliyə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng edib.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı İrakli Qaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
28 İyun 2022 [15:40]
Müəllif
Üç nöqtə
2022-06-28 15:40:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin