“Ürəyin koronar xəstəliyinin diaqnostikası və müalicəsinə aktual yanaşma” mövzusunda elmi-praktik konfrans

16:11 - 22 May 2022 - Cəmiyyət

21 may Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Mərkəzi Klinik Xəstəxananın birgə təşkilatçılığı ilə “Ürəyin koronar xəstəliyinin diaqnostikası və müalicəsinə aktual yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.     

Ucnoqta.az xəbər verir ki, konfransda akad.C.Abdullayev adına ET Kardiologiya İnstitutunun direktoru, t.e.d., prof. Gülnaz Dadaşova, Məkəzi Klinik Xəstəxananın baş direktoru Həsən Qəndilov, Mərkəzi Klinik xəstəxananın baş həkimi, t.e.d. Kamran Musayev, TƏBİB  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs, Səhiyyə Nazirliyinin  Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, Azərbaycan Respublikasının baş kardioloqu, t.e.d. Yusif Nağıyev,  Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, t.ü.f.d. Üzeyir Rəhimov və ölkənin media nümayəndələri iştirak ediblər. 

 Həmçinin tədbirə bir sıra tanınmış həkim və alimlər qoşulub.  4 oturumdan ibarət olan konfransda həkim və alimlər tərəfindən təqdim olunan məruzələr  böyük maraqla qarşılanıb. 
Türkiyə və Taşkentdən olan professorlar da tədbirdə çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


Xəbər xətti