“Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır” - Komitə sədri

“Dərman vasitələri ölkəmizə qanunvericilik əsasında gətirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bəzən ehtiyac olan dərmanlara əlçatanlıq az olur: “Bəzən dərmanlar uyğun olmayan çox yüksək qiymətlərə satılır. Bu gün dövlətin aidiyyəti qurumları ortaq müzakirələrlə dərmanların gətirilməsiylə bağlı qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün güclərini səfərbər ediblər. Hər bir vətəndaşın özünü rahat Azərbaycan səhiyyəsinə əmanət etməsi üçün var gücü ilə çalışırıq. Yaxın gələcəkdə biz bunların nəticələrini görəcəyik”.///apa

Tarix
13 May 2022 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-13 13:30:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin