Karantin rejimi qaydalarına DƏYİŞİKLİK EDİLDİ

Hava nəqliyyatı vasitəsilə daha 3 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabineti burnunla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.

Həmin ölkələr aşağıdakılardır:

İordaniya Haşimilər Krallığı;

Kipr Respublikası;

Ukrayna.

Bununla da vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı 66-ya çatıb.

Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər aşağıdakılardır:

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Tarix
13 Yanvar 2022 [18:33]
Müəllif
Üç nöqtə
2022-01-13 18:33:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin