Operativ Qərargahdan vaksin olunanlarla bağlı MƏLUMAT     
                    
                    
                    
                        
                                         
             
            16:49  -  5 Dekabr   2021 -  Cəmiyyət
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 959 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 278 nəfər təşkil edir.
Ümumilikdə isə 1 011 169 buster doza vurulub.