Bill Qeyts Türkiyədəki super yaxtada istirahət etdi – FOTO

21:11 - 22 Oktyabr 2021 - Xəbər

Oktyabrın 22-i səhər saatlarında “Microsoft”un qurucusu kimi tanınan multimilyarder Bill Qeyts Türkiyənin Quşadası körfəzi sahillərindəki yaxtada görünüb.

Kayman adaları bayrağı altında üzən “Lana” adlı gəminin həftəlik kirayə haqqının 1.8 milyon avro olduğu bildirilib.
Super yaxtanın uzunluğu 107, eni isə 16 metrdir.
Yaxtanı Geytsin mühafizəsinin yerləşdiyi “Wayfinder” katamaranı müşayət edib.

Günorta saatlarında dünyanın ən varlı insanlarından olan iş adamı xüsusi helikopterlə İzmirə yollanıb və Müqəddəs Məryəm kilsəsi ilə antik Efes şəhərini ziyarət edib.

 

Xəbər xətti