İkitərəfli əməkdaşlıq

19:22 - 23 İyul 2021 - Xəbər

Cari ilin 18 iyul tarixində Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşmümüşdür. Azərbaycanın Avropa İttifaqı ilə sıx əlaqələri vardır, çünki biz tərəfdaşıq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın bariz göstərcisidir. Aİ ilə əməkdaşlıq çərçivəsində birgə işlər görülmüş və bu işlərin diversifikasiyası üçün hər cür imkanlar mövcuddur.

Azərbaycanın ticarətinin 40faizi Avropa İttifaqına üzv olan dövlətlərlədir. 2020-ci ildə Aİ ilə ticarət dövriyyəsi 6.8 mld. ABŞ dolları təşkil etmişdir. Aİ-nin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ölkəmiz Aİ-yə daxil olan 9 dövlətlə ikitərəfli strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.

Aİ ilə əməkdaşlıqda birinci yeri enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıq tutur. Bu sahədə tarixi hailiyyətlər əldə olunmuşdur. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilmişdir. Ötən müddət ərzində Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunmuşdur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edən Avropa İttifaqı və Azərbaycan bu layihəni uğurla həyata keçirilmişlər. 3500 kilometr uzunluğunda olan kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübə formasıdır. CQD layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır.

Avropa İttifaqı ilə innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıq strateji əhəmiyyət kəsb edir. Bu tərəfdaşlıq  maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Bu əlaqələr iqlim dəyişməsi və rəqəmsal inqilabla birgə başlanılan layihələrin əsasında qurulmalıdır.

Aİ bizə sərhədlərin delimitasiyasında köməklik göstərməyə hazırdır. Həmçinin Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə də hazır olduğunu bəyan etdi. Dayanıqlı sülhün təmin olunması üçün Avropa İttifaqı ilə olan əməkdaşlıq daha da genişləndirilməlidir.

44 günlük müharibə nəticəsidə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoyuldu. Dövlətimiz Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Işğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün kommunikasiyaların açılması lazımdır. Azərbaycan açıq dənizə çıxışı olmayan bir ölkədir. Lakin biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunu istismara vermişik. Həmçinin biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün kifayət qədər investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılmışdır.

Işğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı inşa edilir. Füzuli hava limanı ilin sonunadək, Zəngilan hava limanı gələn il və Laçın beynəlxalq hava limanı isə 2023-cü ildə təhvil veriləcək. Azad olunmuş ərazilərdə xarici şirkətlərin çalışması üçün şərait yaradılacaq. Həmin şirkətlər öz sərmayələrini bərpa olunan təbii enerji mənbələrinə, kənd təsərrüfatına və turizm sahələrinə yatıra bilər. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.

Ölkəmiz Xəzər dənizində ən böyük donanmaya malikdir ki, bu da bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azərbaycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib.

Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Regionda bütün kommunikasiyaların açılması ölkəmizə Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Ermənistan sərhədinə doğru dəmir və  magistral avtomobil yollarının tikintisinə başlanılıb. Ermənistan sərhəddinə qədər 100 kilometrdən çox magistral və dəmir yolları tikilməlidir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradacaqdır.

Azad olunmuş ərazilərdəki dağıntılar sübut edir ki, Ermənistan hərbi cinayətlər törədib və cinayətlər artıq beynəlxalq mediada geniş şəkildə öz əksini tapmışdır. Otua il ərzində ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir.

Işğal olunmuş ərazilərdə basdırılmış minalar hazırda ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Belə ki, Azərbaycan 10 min kv.km-dən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan bu günədək minalar səbəbindən 140 nəfərdən çox insan həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri  törədərək, bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutublar. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib.

Nahid Əsədzadə — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

Xəbər xətti