Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi daha bir beynəlxalq uğura imza atıb

17:29 - 3 May 2021 - Xəbər

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi "Microsoft" şirkətinin rəsmi qlobal təlim tərəfdaşı olub

 ITE Azerbaijan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi Azərbaycanda təhsilin innovativ inkişafı istiqamətində daha bir beynəlxalq uğura imza atıb. Ucnoqta.az xəbər verir ki, belə ki, Microsoft şirkəti İTE-nin təhsil profili üzrə özünün rəsmi qlobal təlim tərəfdaşı kimi qeydiyyatını təsdiqləyib. 

Uzun müddətdir ki, Azərbaycanda müəllimlərin İKT savadlılığının artırılması və təhsildə İKT-nin tətbiqi istiqamətlərində İTE və "Microsoft" şirkəti əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində minlərlə müəllimin təkmilləşdirilməsi və mütərəqqi bilik və bacarıqlara yiyənləməsinə nail olunmuşdur. Bu tərəfdaşlıq öyrənmək üçün texnoloji imkanlardan səmərəli istifadəni artırmağı hədəfləyir və müəllim, həmçinin təhsil liderlərinin təlim tərəfdaşları və təhsil konsultantları ilə əlaqəsini təmin etmək məqsədi daşıyır. 

Ona görə də sözügedən tərəfdaşlıq istiqamətində təhsilverənlərə ixtisasartırma təlimləri verilməsi ilə yanaşı, onların texnoloji vasitələrdən istifadə bacarıqları da inkişaf etdirilir.
Qeyd edək ki, ITE tərəfdaşlıq çərçivəsində 2 kateqoriya üzrə nişan almışdır: "Qlobal təlim tərəfdaş" proqramı iştirakçısı və "Minecraft Qlobal" təlim tərəfdaşı.

Xatırladaq ki, 2012-ci ildə təsis edilmiş Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.

Link: https://www.microsoft.com/en-us/education/partners/showpartnersdetails.aspx?id=2077001&i=false&t=1&p=1&ps=24&fbclid=IwAR1Wstbtz4JioWOnRtlq7ZfJ3_VABW-uqLnYYQRs7yReWqi-o1j8H0R37IE

https://www.facebook.com/ite.azerbaijan/posts/2252952001533921

Xəbər xətti